Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 17:22
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən martın 3-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində nəzərdə tutulan yaz ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hava şəraitindən asılı olaraq ağacəkmə aksiyasının vaxtı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il yaz ağac əkininə "Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!" devizi altında start verib.