Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Allaha yalvardım ki, canımı al” - Zöhrə Abdullayeva

“Allaha yalvardım ki, canımı al” - Zöhrə Abdullayeva

Tarix: 3 Mart 2020 09:45

O qədər alicənab insan idi ki, nə mənim ona, nə də onun mənə ehtiyacı olub. Az yaşı olmasına baxmayaraq bu həyatda çox şeyi görüb. Kanallardan xahiş edirəm, proqramlara dəvət etdikdə bu mövzunu açmasınlar. Camaatın qanı qaralır.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "7 canlı" verilişində deyib. Aparıcı Vüsalə Əlizadə müğənniyə vəfat edən oğlu ilə bağlı "Hansı arzusunu həyata keçirdiniz və yaxud da kaş ki, bunu onun üçün edərdim dediniz" sualını ünvanlayıb.

Sənətçi hələ də oğlunun ölümü ilə barışa bilmədiyini dilə gətirib:

"Dekabrın 5-də Məşhəd ziyarətində idim. İmam Rzanın ziyarətgəhında diz çökdüm, dedim "Allahım, dözə bilmirəm. Ya mənim canımı burada al, ya da mənə səbr ver". Elə bil qəlbimə bir az su çiləyib. İndi dildə danışıram ki, guya səbr tapmışam. Elə deyil, gecələr ulayıram. Səbr tapmamışam".


Etiketlər:  Allaha yalvardım canımı Zöhrə Abdullayeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ