Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 17:52
"Azəriqaz" İstehsalat Birliyi 2020-ci il üzrə qazlaşdırma işlərinə başlayıb.
Birlikdən Sonxeber.net-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2020-ci il 2 mart tarixli Sərəncama əsasən, 4 şəhər və rayon üzrə 6 yaşayış məntəqəsində 1700-dən çox fərdi yaşayış evi təbii qazla təmin olunacaq.
Sərəncam əsasında SOCAR-a 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Gəncə şəhəri Şıxzamanlı və Cavadxan qəsəbələrinin yeni yaşayış massivlərində 980-dək fərdi ev, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində 200-dən çox fərdi ev, eyni zamanda Göygöl rayonunun Toğanalı kəndində 390-a və Samux rayonunun Şərkar kəndi ərazisindəki yeni massivdə 150-ə yaxın fərdi ev qazlaşdırılacaq.