Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 08:06
Yunanıstan koronavirus xəstəliyinə görə ölkədə planlaşdırılan karnaval tədbirlərini ləğv edib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Vasilis Kikilias mətbuat konfransında bildirib ki, digər Avropa ölkələri kimi Yunanıstan da bir sıra bayram tədbirlərini təxirə salıb. Xüsusilə İtaliya ilə dəniz sərhəddi olan Patra şəhər limanında karnaval bayram tədbirləri ləğv olunub.
Qeyd edək ki, Yunanıstan son zamanlar koronavirus virusunun yayılması, eyni zamanda kütləvi qaçqın axının dayandırılması problemləri ilə üzləşib. Hökumət hər iki məsələnin həlli üçün bütün gücünü səfərbər edib.