Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Caspian Franchise'' potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artıracaq

''Caspian Franchise'' potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artıracaq

Tarix: 4 Mart 2020 12:28

Bugünkü tədbirin məqsədi franşiza sahiblərinin, investor və müəssisələrin, eləcə də françayzinq üsulu ilə biznesə başlamaq niyyətində olanların birləşməsidir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Françayzinq üzrə beynəlxalq forum və sərgi zamanı deyib.

O bildirib ki, sərgi potensial investorlara françayzinq sistemi ilə işləyən xarici brendləri nümayiş etdirməyə imkan verəcək, ölkədə franşizaların alqı-satqısı sahəsində "Caspian Franchise" beynəlxalq biznes platforması barədə hərtərəlfli məlumat almaq üçün şərait yaradacaq:

"Bu sərgi, həmçinin sahibkarlarla tərəfdaşlıq əlaqələri qurmağa, françayzinq texnologiyasının incəlikləri ilə tanış olmağa, potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artırmağa imkan verəcək".


Etiketlər:  Caspian Franchise potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ