Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 17:44
Koronavirusla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) dezinfeksiya işlərinə nəzarət gücləndirilib.
AzTU-nun mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, universitetin bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda, universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində mütəmadi olaraq ayda bir dəfə dezinfeksiya işləri aparılır.