Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 22:06
Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma Qarabağ rejimi martın 31-də "seçki"lər keçirəcək.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Daşaltı kəndində tərəfdarlarını ətrafına yığan "prezidentliyə namizəd" Vitali Balasanyan Ermənistan hakimiyyətinin Qarabağla bağlı yanaşmasını təhlükəli hesab edib. Onun fikrnicə, Qarabağın Azərb aycanlı İcmasının sədri Tural Gəncəliyevin ABŞ səfiri ilə görüşü Yerevan üçün təhlükəli siqnaldır.
"ABŞ səfiri Azərbaycan icmasının nümayəndələrini dəvət edirsə, bu artıq onları tanıması anlamına gəlir. Demək istəyirəm ki, Ermənistandan baş verən inqilan Qarabağa daşınsa, bu hamımızın məğlubiyyəti olacaq".
Xatırladaq ki, Vitali Balasanyan general-mayor rütbəsi daşıyır. Qondarma seçkilərdə əsas "namizədlər"dən olan eks-komandir "Qarabağ klanı"nın əın etibarlı simalarından biri və Paşinyanın qatı düşməni sayılır.