Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA Region Liqasını da təxirə saldı

AFFA Region Liqasını da təxirə saldı

Tarix: 5 Mart 2020 19:34

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının oyunları təxirə salınıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının oyunlarına azarkeş marağının yüksək olması, qızlardan ibarət komandaları arasında keçirilən Yüksək Liqada isə heyətlərdə şagir və tələbələrin yer alması ilə əlaqədar, profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Sözügedən addım koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.

Milli.Az


Etiketlər:  AFFA Region Liqasını da təxirə saldı


RƏYLƏR