Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək

Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək

Tarix: 24 May 2019 19:42

Bakı. Trend:

23-24 may 2019-cu il tarixlərində Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib, Gürcüstan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Gürcüstan Hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.

Görüşdə həmçinin, ekspertlər və hər iki ölkənin müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.

Dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb.

İclasın nəticələrinə dair tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.

Eləcə də, tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi və dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Tarix diplomatik kanallar üzrə razılaşdırılacaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR