Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu heyvanlar aclıqdan BALALARINI YEYİR - FOTO

Bu heyvanlar aclıqdan BALALARINI YEYİR - FOTO

Tarix: 7 Mart 2020 00:00

Qlobal istiləşmədən bütün dünya canlıları əziyyət çəkir. Görünüşləri ilə hər zaman sevilən qütb ayıları aclıqdan artıq bir-birlərini yeməyə başlayıblar.

Sonxeber.net xəbər verir ki, qütb tədqiqatçılarının əldə etdiyi yeni görüntülər ayıların çox çətin vəziyyətdə olduğunu sübut edir. Qütb ayıları ən çox su iti ovlayaraq bəslənirlər. Lakin qida çatışmayanda başqa canlıları və hətta öz növlərini ovlayırlar. Qlobal istiləşmə nəticəsində buzlar əriyir, okean suları yüksəlir, bəzi quru ərazilər və adalar su altında qalır, sel fəlakətləri artaraq bir çox heyvan növünü yox etmə təhlükəsi daşıyır. Son zamanlarda qütb ayıları ov tapa bilməyib ac qaldıqları üçün zəifləyib ölürlər. Ən dəhşətlisi isə ac ayıların bir-birlərini ovlayıb yemələridir. Bəziləri öz növünün zəif nümayəndəsini ovlayarkən, bəzi ayılar da əlacsızlıqdan hətta öz balalarını yeyirlər.

Belə ki, qida tapmadığı üçün şəhərlərə axın edən ayıların da sayında çoxalma müşahidə olunub. (ölkə.az)


Etiketlər:  heyvanlar aclıqdan BALALARINI YEYİR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ