Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

Tarix: 7 Mart 2020 08:56

"Google" şirkəti 2020-ci ildə ABŞ-da yeni ofis və data mərkəzlərinin tikintisinə 10 milyard dollar sərf edəcək. Bu barədə şirkətin baş direktoru Sundar Piçai bildirib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, planlaşdırılmış investisiyalar 11 ştata, o cümlədən Kaliforniya, Kolorado, Corciya, Massaçusets, Nebraska, Nyu-York, Oklahoma, Ohayo, Pensilvaniya, Texas və Vaşinqtona yatırılacaq.

Bildirilir ki, "Google" ştatlarda mövcud olan obyektləri genişləndirməyi, eləcə də yenilərinin inşasını planlaşdırır. Baş direktorun qeyd etdiyi layihələrdən biri hazırda Ohayoda tikintisi aparılan 600 milyon dəyərində "bulud" data mərkəzidir. Onun 2021-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ofisə gəldikdə, "Google" Nyu-Yorkda 1 milyard dolların sərf ediləcəyi korporativ kampus açacaq. Ofis sayəsində şirkət Nyu-Yorkda işçi heyətinin sayını iki dəfə artırmaq imkanı əldə edəcək.

ABŞ ilə yanaşı, şirkət Avropada fəaliyyətini genişləndirir. Belə ki, Avropada məlumat emalı mərkəzləri şəbəkəsinin genişləndirilməsinə 3 milyard avro məbləğində investisiya qoyuluşu nəzərdə tutulur. Məsələn, Finlandiyanın Hamina şəhərində yeni data mərkəzə 600 milyon dolların yatırılması planlaşdırılır. Şirkətin Avropa data mərkəzləri Finlandiya ilə yanaşı, Niderland, İrlandiya və Belçikada yerləşir.


Etiketlər:  Google yeni ofis data mərkəzlərinin inşasına milyard dollar xərcləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ