Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 13:52
Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə ilə əlaqədar cinayət işi açılıb.
Xilasedicilər yanğını 20 dəqiqə ərzində söndürə biliblər. Uşaqlardan biri xəstəxanaya çatdırılıb, lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Versiyalardan biri budur ki, yanğın elektrik şəbəkələrinin istismarı qaydalarının pozulması səbəbindən baş verib.