Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misir Mərkəzi Bankı tədavülə plastik pullar buraxmağa hazırlaşır

Misir Mərkəzi Bankı tədavülə plastik pullar buraxmağa hazırlaşır

Tarix: 9 Mart 2020 00:46

İngiltərə Bankının ("Bank of England") tədavülə 50 funt sterlinq nominalında plastik pullar buraxacağı barədə bəyanatından sonra Misir Mərkəzi Bankı da analoji qərar qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bankın sədri Gamal Negm cari ilin sonunda buraxılacaq yeni pulların 10 Misir funtu (0,64 dollar) nominalında olacağını bildirib. Onun sözlərinə görə, plastik banknotlar polimerdən hazırlanır və ilk dəfə bu üsuldan 1968-ci ildə Avstraliyada istifadə olunub. Lakin ölkənin Milli Bankı texniki problemlər səbəbindən məhkəmələrdə 10 il vaxt sərf edib. 1998-ci ildən Avstraliya əsginaslarının bir hissəsi plastik pullarla əvəzlənməyə başlayıb və hazırda dövriyyədə polimerdən hazırlanmış 3 milyard banknot var.

Qeyd edək ki, polimer kağıza nisbətən daha təmiz və davamlı materialdır. Eyni zamanda, onun üzərində təhlükəsizlik elementlərini əks etdirmək asandır. Bu pullar kağız əsginaslara nisbətən aşınmaya 2,5 dəfə davamlıdır.


Etiketlər:  Misir Mərkəzi Bankı tədavülə plastik pullar buraxmağa hazırlaşır


RƏYLƏR