Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi artıb

Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi artıb

Tarix: 9 Mart 2020 10:14

Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı son statistik rəqəmlər də bunu sübut edir.

Belə ki, Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.


Etiketlər:  Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ