Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 15:44
İranda 7 nəfər qəbul etdikləri metil spirtindən zəhərlənərək ölüb.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, hadisə Alborz vilayətində baş verib.
Faktı təsdiq edən yerli hakimiyyət orqanı həmin şəxslərin metil spirtini dərman vasitəsi kimi qəbul etdiklərini qeyd edib. Belə ki, yerli prokurorluğun nümayəndəsi Məhəmməd Ağayarinin sözlərinə görə, həmin şəxslər sosial şəbəkələrdə yayılan yanlış informasiyaya uyaraq koronavirusa yoluxmamaq üçün metil spirti içiblər.
Son məlumata görə, İranda koronavirusa yoluxanların sayı 6566 nəfər olub. Bu virusdan 2134 nəfər sağalıb, 194 şəxs ölüb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.