Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 21:12
2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 76,18 faiz artaraq 17.031 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin fevral ayında Türkiyədən Azərbaycana avtomobillərin tədarükü də 2019-cu ilin fevral ayına nisbətən 31.03 faiz artaraq 6.152 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 4.923 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.
Türkiyədən avtomobil ixracı yanvar-fevral aylarında ölkənin ümumi ixracatının 16,7 faizini təşkil edir.
2020-ci ilin fevral ayında Türkiyə dünya bazarlarına 2.522 milyard dollar dəyərində avtomobil ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır.
2020-ci ilin fevral ayında Türkiyədən avtomobil ixracı ölkənin ümumi ixracatının 17,2 faizini təşkil edib.
Son 12 ayda (fevral 2019-fevral 2020) Türkiyə 30,638 milyard dollar dəyərində avtomobillər ixrac edib.