Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AirBaltic” aviaşirkəti Milan və Veronaya uçuşları təxirə salacaq

“AirBaltic” aviaşirkəti Milan və Veronaya uçuşları təxirə salacaq

Tarix: 10 Mart 2020 08:10

Latviyanın "AirBaltic" aviaşirkəti yeni koronavirus epidemiyası səbəbilə Milana və Veronaya olan bütün uçuşları aprel ayının sonunadək təxirə salacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aviaşirkətin nümayəndəsi bildirib.

O qeyd edib ki, uçuşları ləğv etmək barədə qərar Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin Şimali İtaliyaya − COVID-19 epidemiyasının geniş yayıldığı bölgəyə getməməklə bağlı tövsiyəsindən sonra qəbul olunub.
Latviyada koronavirusa yoluxan sonuncu qadın pasiyent "AirBaltic" aviaşirkətinə məxsus təyyarə ilə Milandan Riqaya qayıdıb.

Qeyd edək ki, İtaliya hökuməti COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin şimalında karantin elan edib.


Etiketlər:  AirBaltic aviaşirkəti Milan Veronaya uçuşları təxirə salacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ