Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2019 16:28
Bakı. Elnur Bağışov - Trend:
İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi xəbər verib.
Xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:50-də Cavanrud rayonunun 19 kilometrliyində qeydə alınıb.
Təlafat barədə məlumat verilmir.
Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin