Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 17:54
Bakı. Samir Əli - Trend:
Quba rayonunun Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil, yerli əhaliyə məxsus pay torpaqlarıdır. Lakin meşəyə yaxın ərazilərdə baş verən yanğınların meşə sahəsinə keçmə ehtimalı olduqca böyükdür.
Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Nazirliyin sözçüsü qeyd edib ki, dəfələrlə əkin və biçənək sahələrinə od vurulması səbəbindən yanğın meşə sahələrinə keçib: “Fermerlərdən və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlardan tələb olunur ki, meşə yanğınlarına səbəb olacaq hallara yol verməsinlər”.
İ.İbrahimova onu da bildirib ki, meşə sahələrində yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.