Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın Şərq regionunda koronavirus sürətlə yayılır

Yaxın Şərq regionunda koronavirus sürətlə yayılır

Tarix: 11 Mart 2020 21:26

Yaxın Şərq ölkələrində COVID-19 virusuna yoluxanların sayı getdikcə artır. Artıq bir neçə ərəb ölkəsində xəstəliyin qarşısını almaq məqsədilə əlavə tədbirlər görülür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son məlumatlara görə, koronavirusa yoluxanların sayı Bəhreyndə 189, Küveytdə 72, Səudiyyə Ərəbistanında 21, Livanda 59, Birləşmiş Ərəb Əmirliklərində 27, Qətərdə 24, Omanda 18 nəfərə çatıb. Bəhreyndə xəstəliyə tutulanların 77 nəfəri son günlərdə İrandan gətirilən ölkə vətəndaşlarıdır. Məlumat verilib ki, İraqın müqəddəs Kərbəla şəhərindəki məsciddə cümə namazı keçirilməyəcək.

Şimali Afrika regionunda da koronavirusa yoluxma halları artır: Misirdə 55, Tunisdə 6, Əlcəzairdə 17 xəstə qeydə alınıb.

Virusun yayılması ilə əlaqədar Yaxın Şərq və Şimali Afrika ölkələrində məscidlərdə cümə namazları, konfrans və sərgilər təxirə salınıb.


Etiketlər:  Yaxın Şərq regionunda koronavirus sürətlə yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ