Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda inşası davam edən yeni metro xəttinin tikintisində planlama xətası aşkarlanıb

İstanbulda inşası davam edən yeni metro xəttinin tikintisində planlama xətası aşkarlanıb

Tarix: 11 Mart 2020 21:46

İstanbulda inşası davam edən şəhər mərkəzi ilə İstanbul hava limanını birləşdirəcək metro xəttinin tikintisində planlama xətası aşkarlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, xəta səbəbindən yeni metro xəttinin aeroportun alt hissəsində inşa ediləcək "Hava limanı" stansiyası nəzərdə tutulan yerdən 300 metr aralıqda olacaq.

Hava limanından bu barədə verilən məlumata əsasən, aeroportla metro stansiyası arasındaki 300 metrlik məsafədə xüsusi elektron avtomobillərin fəaliyyəti nəzərdə tutulur.

Qeyd edək ki, Qayrettepe-İstanbul hava limanı metro xətti Türkiyənin ilk sürətli metrosu olacaq. 120 kilometrlik bu xətt vasitəsilə şəhər mərkəzindən İstanbul hava limanına 35 dəqiqəyə getmək mümkün olacaq.

Xəttin tikintisinin 2021-ci ilin yay aylarında başa çatdırılması planlaşdırılır.


Etiketlər:  İstanbulda inşası davam edən yeni metro xəttinin tikintisində planlama xətası aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ