Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada koronavirusa qarşı tədbirlər çərçivəsində həkimə distant müraciətə icazə verilib

Fransada koronavirusa qarşı tədbirlər çərçivəsində həkimə distant müraciətə icazə verilib

Tarix: 11 Mart 2020 23:10

Fransada koronavirusla bağlı vəziyyət getdikcə daha da gərginləşir. COVID-19 virusu ilə bağlı epidemiyaya qarşı görülən tədbirlər içərisində həkimə distant müraciət də yer alıb. Səhiyyə naziri Olivye Veran bildirib ki, ucqar qəsəbələrdə yaşayan sakinlərə telefon və sosial şəbəkələr vasitəsilə həkimlərə müraciət etməyə icazə verilib. Müraciətlər telefon vasitəsilə olsa da, həkimlərin qonorarları ödəniləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ölkədə bir gündə 200 yoluxma halı qeydə alındığını bildirib. Beləliklə, Fransada koronavirusa yoluxanların sayı dünən axşam 1412-dən bu gün 1606-ya və ölənlərin sayı isə 25-dən 30-a çatıb.

Fransada bir nazir, Milli Assambleyada bir neçə deputat və bir neçə əməkdaş, eləcə də bir neçə merin koronavirusa yoluxduğu qeyd edilib. Ölkədə əksər idman tədbirləri, konsertlər və yarmarkalar ləğv olunub.

Fransa koronavirusa mübtəla olan dünya ölkələri arasında Çin, Cənubi Koreya, İtaliya, İran və İspaniyadan sonra 6-cı yerdədir.
Ancaq ölkədə koronavirusun sürətlə yayılmasına baxmayaraq, ölkə hələ də epidemiyanın 2-ci mərhələsindədir. Bələdiyyə seçkilərindən sonra ölkənin 3-cü mərhələyə keçəcəyi gözlənilir.

Hələ fevralın sonundan etibarən ölkədə epidemiyanın 3-cü mərhələsinə keçidin qaçılmaz olmasına dair fikirlər səsləndirilmişdir. Virusun sürətlə yayıldığı bu mərhələdə vəziyyəti nəzarətdə saxlamaq üçün səylər göstərilməlidir. Səhiyyə Nazirliyinin ehtimalına görə bu mərhələ 8-12 həftə davam edə bilər.


Etiketlər:  Fransada koronavirusa qarşı tədbirlər çərçivəsində həkimə distant müraciətə icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ