Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pirlo ''Yuventus''a baş məşqçi gəlir

Pirlo ''Yuventus''a baş məşqçi gəlir

Tarix: 12 Mart 2020 20:08

Bakı. Trend:

Andrea Pirlo “Yuventus”un gənclərdən ibarət komandasının baş məşqçisi təyin olunacaq.

Trend-in məlumatına görə, “Skuadra adzurra”nın sabiq yarımmüdafiəçisi Turin klubunun rəhbərliyi ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. Pirlo avqust ayından millidəki sabiq komanda yoldaşı Luka Toni ilə birgə məşqçilik kurslarına yazılıb. Kursu başa vurduqdan sonra Andrea “pro” lisenziyasına yiyələnəcək.

Xatırladaq ki, Pirlo “Yuventus”un heyətində 4 il ərzində 164 oyunda 19 qol vurub və 38 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Pirlo Yuventusa baş məşqçi gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ