Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 08:16
2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,08 faiz artaraq 5,66 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Fevral ayında Türkiyə Azərbaycana 2,668 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 17,3 faiz çoxdur.
2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin ilk iki ayı ilə müqayisədə 15,3 faiz artaraq 597,804 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2 faizini təşkil edib.
Son 12 ay ərzində (fevral 2019-cu il - fevral 2020-ci il) Türkiyə 3,595 milyard dollar məbləğində sement ixrac edib.