Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 10:36
Ötən gün təcavüz və cinsi zorakılıqda təqsirləndirilərək 23 il müddətində azadlıqdan məhrum edilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn ürəyindəki ağrılara görə xəstəxanaya yerləşdirilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə prodüserin rəsmi nümayəndəsi məlumat verib.
Sinəsində ağrılar olan Harvi Nyu-Yorkdakı xəstəxanaların birinə aparılıb.
Qeyd edək ki, Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.
Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var.