Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 12:20
Bakı. Trend:
Öz vəzifəsində 7 ildən artıq qalan Papua-Yeni Qvineyaın baş naziri Piter Oneil istefa verib.
Trend-in məlumatına görə, nazir bunu Port Morsbidə mətbuat konfransı zamanı deyib. Oneil bildirib ki, parlamentdə baş verən son hadisələr dəyişikliklərin zərurəti barədə xəbər verir.
Qeyd edək ki, ölkənin baş naziri vəzifəsini bundan sonra Xalq Proqressiv Partiyasının lideri Cilius Çan yerinə yetirəcək. Cilus Çan 1980-1982-ci və 1994-1997-ci illər ərzində hökumət başçısı vəzifəsini yerinə yetirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin