Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa görə restoran işçiləri ilə bağlı müəyyən edilən tövsiyələr açıqlanıb

Koronavirusa görə restoran işçiləri ilə bağlı müəyyən edilən tövsiyələr açıqlanıb

Tarix: 14 Mart 2020 21:38

Koronavirusla mübarizə çərçivəsində ictimai iaşə müəssisələrində işçi heyətin gigiyenasına qarşı olan tövsiyələr açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, restoran, kafe və digər ictimai iaşə müəssisələrində işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin olunmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra xəstəliklərə məruz qalma və
yoluxmanı azaltmaq üçün standart tövsiyələrin aparılmasını məsləhət görür. Bunlara aşağıdakılar daxildir:

 əllərin gigiyenası;
 öskürək/xəstəlik zamanı şəxsi gigiyena;
 sağlam qidalanma;
 öskürmə və asqırma kimi respirator xəstəlik əlamətlərinin müşahidə edildiyi şəxslərlə yaxın təmasdan mümkün qədər çəkinmək.

İşçilər üçün aşağıdakı prinsipləri özündə birləşdirən təlimlər müntəzəm olaraq təşkil edilməli və keçirilməlidir;
 Şəxsi gigiyena qaydalarına riayət etmək, həmçinin əllərin düzgün və təmiz
yuyulması qida mənşəli xəstəliklərin qarşısının alınmasının ən effektiv üsullarından
biridir. İşə başlamazdan əvvəl, iş prosesində, qida məhsulları, avadanlıqlar, qabqacaq və dəsmallarla təmasdan öncə əməkdaşların əllərinin təmiz yuyulması və qurudulmasına nəzarət edilməlidir. Həmçinin, dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir.

 Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Bundan başqa işçilər,
xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev
geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir.

 Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və
əlcəklərdən istifadə edilməlidir. Qabların yuyulması zamanı birdəfəlik istifadə üçün
nəzərdə tutulmuş rezin əlcəklərdən istifadə vacibdir.

 Əlcəklər çirkləndikdə və zədələndikdə, həmçinin iş növbələri arasında
dəyişdirilməlidir.

 İctimai iaşə əməkdaşlarının əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməlidir. Bu şəxslər yalnız tibbi müayinə keçdikdən sonra işə buraxıla bilər;

 Boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.

Milli.Az


Etiketlər:  Koronavirusa görə restoran işçiləri ilə bağlı müəyyən edilən tövsiyələr açıqlanıb


RƏYLƏR