Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni koronavirusa yoluxan xəstələr ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıblar

Yeni koronavirusa yoluxan xəstələr ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıblar

Tarix: 15 Mart 2020 07:12

Yapon həkimlərin apardığı araşdırmaların nəticələrinə görə, yeni koronavirusa yoluxmuş ağır vəziyyətdə olan xəstələrin böyük əksəriyyəti ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, bütün ölkə üzrə yeni koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub.

ECMO aparatı ürəyin və ağciyərin fəaliyyətinə kömək edir. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.

Araşdırmanın nəticələrinə görə, bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib və daha 12 nəfər hazırda onunla müalicə kursu keçərək sağalmaqdadır.

Həkimlərin bildirdiyinə görə, ECMO aparatı vasitəsilə müalicə xüsusi tibbi vərdişlər tələb edir. Hazırda Yaponiya səhiyyə sisteminin eyni vaxtda 300 nəfərin həmin aparat vasitəsilə müalicə almasına imkan verdiyi də qeyd edilir.


Etiketlər:  Yeni koronavirusa yoluxan xəstələr ürək ağciyər reanimasiya aparatının köməyi ilə sağalıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ