Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda Ekspertlər Şurasının üzvü koronavirusa yoluxub

İranda Ekspertlər Şurasının üzvü koronavirusa yoluxub

Tarix: 15 Mart 2020 09:56

Bakı. Elnur Bağışov - Trend:

İranın Ekspertlər Şurasının (Assembly of Experts) üzvü Ayətullah Haşim Bəthayi Qolpayqani yeni koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Ekspertlər Şurasının üzvü Ayətullah Haşim Bəthayi Qolpayqaninin ofisinin rəhbəri Məhəmməd Cavad Məhəmmədi Nuri ISNA-ya açıqlamasında deyib.

M.C.Məhəmmədi Nurinin sözlərinə görə, Ekspertlər Şurasının üzvü Qumda Şəhid Beheşti xəstəxanasında yatırılıb.

Məhəmmədi Nuri əlavə edib ki, hazırda Ekspertlər Şurasının üzvü xüsusi nəzarət altındadır.

Qeyd edək ki, İranın Ekspertlər Şurası İranda dini liderin seçilməsi və onun fəaliyyətinə nəzarət edən qurumdur. Bu şuranın 87 üzvü var.

Əlavə edək ki, İranda indiyədək bir sıra rəsmilər yeni koronavirusa yoluxub və bəzilərinin ölüm halı qeydə alınıb.

Bildirək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib.


Etiketlər:  İranda Ekspertlər Şurasının üzvü koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ