Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 17:54
Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtında heç bir dəyişiklik edilməyəcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib.
O bildirib ki, koronavirus epidemiyasının dünyanın bir çox ölkəsində yayılmasına baxmayaraq, Olimpiada planlaşdırıldığı tarixdə keçiriləcək: "İnfeksiyanın yayılmasının qarşısını alacağıq və planlaşdırıldığı kimi, heç bir problem olmadan Oyunları qəbul edəcəyik".
Qeyd edək ki, son məlumata əsasən, Yaponiyada 1423 nəfər koronavirus xəstəliyinə tutulub, onlardan 28-i ölüb. Tokio-2020 isə 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.