Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 13:06
Bakı. Trend:
Xətai rayonunun N.Tusi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 26-da saat 12 radələrində Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin