Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 13:18
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Diplomat bildirib: "Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir. Bakıda Böyük Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".
K.Krofts daha sonra qeyd edib ki, Bakı yalnız möhtəşəm idman yarışları deyil, həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir:
"Bakıda danışarkən, biz artıq beynəlxalq standartlardan danışmış oluruq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin