Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 16:52
Bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020 təxirə salınıb.
Qol.az xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb. O, UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə bununla bağlı qərar verildiyini bildirib. Qurumun turnirin gələn ilin yayında keçirəcəyi vurğulanıb.
UEFA-nın bugünkü videokonfransında qərarın rəsmən elan olunacağı iddia olunub.
***
Artıq Norveç Futbol Federasiasının rəsmi saytı turnirin 2021-ci ilə keçirldiyini yazıb. Konfransda bu ölkə də təmsil olunub.
UEFA-nın da yaxın vaxtlarda qərarı elan edəcəyi gözlənilir.