Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salyan sakini Bakıda ürəyindən bıçaqlandı

Salyan sakini Bakıda ürəyindən bıçaqlandı

Tarix: 17 Mart 2020 16:30

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1977-ci il təvəllüdlü Zaur Əsədov küçədə Salyan rayon sakini, 1969-cu il təvəllüdlü Mehman Xudiyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Z. Əsədov M. Xudiyevi sol döş qəfəsindən bıçaqlayaraq qaçıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Əsədov saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.


Etiketlər:  Salyan sakini Bakıda ürəyindən bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ