Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda taksilər bu cür dezinfeksiya olunur (FOTO)

Bakıda taksilər bu cür dezinfeksiya olunur (FOTO)

Tarix: 17 Mart 2020 16:45

Bakı. Ceyhun Ələkbərov - Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib.

Onun sözlərinə görə, taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır:

"Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya edilir. Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar".

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davamlı şəkildə bütün qurumlarında həyata keçirilməsi üçün gündəlik nəzarəti həyata keçirir, müvafiq tapşırıqlar verilir.

Bakıda taksilər bu cür dezinfeksiya olunur (FOTO) - Gallery Image Bakıda taksilər bu cür dezinfeksiya olunur (FOTO) - Gallery Image Bakıda taksilər bu cür dezinfeksiya olunur (FOTO) - Gallery Image Bakıda taksilər bu cür dezinfeksiya olunur (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda taksilər cür dezinfeksiya olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ