Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 23:21
Braziliya və Böyük Britaniya alimləri 61 yaşlı Braziliya vətəndaşında aşkarlanan COVİD-19 virusuna yoluxma aşkarlandıqdan 48 saat sonra koronavirusun genomunu açmağa müvəffəq olublar.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, Adolfo Lutz İnstitutu, San-Paulo Universiteti Tropikal Təbabət İnstitutu, Oksford Universiteti tərəfindən aparılmış birgə çalışmalar nəticəsində Latın Amerikasında ilk dəfə koronavirusun gen silsiləsi oxunub.
Qeyd edək ki, həmin xəstə 9-21 fevral tarixləri arasında Avropanın koronavirusdan ən çox əziyyət çəkən ölkəsi olan İtaliyada olub.
Sözügedən kəşfin əhəmiyyətindən danışan Adolfo Lutz İnstitutunun əməkdaşı Klaudio Saççı bildirib ki, yeni koronavirusun tamamlanmış genom məlumatı peyvənd dərmanları yaratmaq və diaqnostik sınaqlar üçün vacib olub virusun yayılmasını başa düşmək və dəyişmələrini aşkarlamaq üçün də mühümdür.
İlkin təhlillər nəticəsində oxunan genomun üç mutasiyası olduğu aşkarlanıb ki, bunlar xəstəliyin yayılma mərkəzi olan Çinin Uhan şəhərində aşkarlanan virusa uyğun gəlir.
Qeyd edək ki, ötən gün Braziliya Səhiyyə Nazirliyi ölkədə koronavirus şübhəsi ilə 182 halın araşdırıldığını, bunlardan 66-nın San-Paulonun payına düşdüyünü açıqlamışdı.