Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir dəfə qızlarımızdan biri siqaret qutusundan siqaret götürüb bizə uzadanda... ''- Tələbəlik illəri

''Bir dəfə qızlarımızdan biri siqaret qutusundan siqaret götürüb bizə uzadanda... ''- Tələbəlik illəri

Tarix: 18 Mart 2020 07:30

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Tələbəlik illəri hər kəsin yadına müxtəlif acılı-şirinli xatirələr düşən dövrlərdəndir. Əslində, xatirələr çox olur, amma onların içərisində elələri olur ki, yaddan heç vaxt çıxmır. Bu dəfə aktyor, aparıcı Mehman Piriyev o illərdən bir xatirəsini bizimlə bölüşdü.

"Səhv etmirəmsə, universitetin ikinci, ya da üçüncü kursunda oxuyurdum. Mərhum Xalq artisti, böyük sənətkarımız Kamal Xudaverdiyev bizim sənət müəllimimiz olub. Deməli, Kamal müəllim üzü səhnəyə, arxası auditoriyaya tərəf dayanıb bizə tamaşa başa salırdı. Rol üzərində işdən danışırdı. Siqareti də stolun üstündə qalmışdı. Biz də qrupumuzda olan qızlardan Kamal müəllimin siqaretini oğurlayıb bizə verməyi xahiş edirdik. Bir neçə dərs belə olmuşdu. Bir dəfə qızlarımızdan biri siqaret qutusundan siqaret götürüb bizə uzadanda, Kamal müəllim gördü. O qızın vəziyyətini yəqin təsəvvür edərsiniz. Əlində siqaret, sakitcə Kamal müəllimin üzünə baxır. Biz də heç nə olmamış kimi davranırıq. Guya xəbərimiz yoxdur. Ondan sonra Kamal Xudaverdiyev bir neçə dərs bizim gözümüzün qabağında siqaret qutusunu açırdı, üstündən bir-iki dənə çəkərdi, ya çəkməzdi, dərsin sonunda siqareti həmişə stolun üstündə qoyub gedirdi. Bu hadisə dəfələrlə təkrarlanırdı. Elə edirdi ki, guya yadından çıxıb. Bu mövzuda bizə heç nə demədi. Hələ də onun bunu niyə etdiyi mənə müəmmalı qalıb (Gülür)".


Etiketlər:  dəfə qızlarımızdan biri siqaret qutusundan siqaret götürüb bizə uzadanda Tələbəlik illəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ