Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rayonlardan gələn 500-ə yaxın avtomobil geri qaytarıldı

Rayonlardan gələn 500-ə yaxın avtomobil geri qaytarıldı

Tarix: 19 Mart 2020 11:04

Bu gün gecə saat 00:00-dan etibarən rayondan Bakıya gəlmək istəyən 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, əsasən sıxlıq Cənub istiqamətindən girişdə yaranıb: "Dünən gecədən etibarən Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb . Bundan başqa, Şimal istiqamətində 40 avtomobil saxlanılaraq onların Bakı, Sumqayıt və Abşeron istiqamətlərinə girişi dayandırılıb, 100 avtomobil isə başqa rayonlara getdiyi üçün istiqamətləndirilib. Şamaxı istiqamətindən də təxminən 50 avtomobil postda saxlanılıb və geri qaytarılıb. Hazırda qərarın icrası davam etdirilir".

Milli.Az


Etiketlər:  Rayonlardan gələn 500 ə yaxın avtomobil geri qaytarıldı


RƏYLƏR