Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə davam etdirilir

Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə davam etdirilir

Tarix: 19 Mart 2020 21:44

Azərbaycanda koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə təhsil müəssisələrində tədris prosesinin müvəqqəti təxirə salındığını nəzərə alaraq Bakı Xoreoqrafiya Akademiyası tədrisi bütün pillələr üzrə onlayn və videogörüntülər vasitəsilə təşkil edir. Təhsil ocağında dərslər proqram üzrə davam etdirilir.

Bakı Xoreoqrafiya Akademiyasından Milli.Az-a bildirilib ki, ali təhsil müəssisəsinin rəsmi "YouToube" kanalı və "Facebook" səhifəsində bakalavrlar klassik rəqs fənnindən Emil Əzizov, dünya teatr tarixi fənnindən Yeganə Əliyeva, xalq rəqsi fənni üzrə akademiyanın milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, Əməkdar artist Gülməmməd Şahverdiyev, qarmon (ixtisas) fənni üzrə müəllim, Əməkdar artist, dosent Sərxan Abıyevin yayımlanan videodərslərini izləyə bilirlər.

Dərslər bütün kursları əhatə edir və davamlı olacaq.

Milli.Az


Etiketlər:  Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ