Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Metropolitan Opera" koronavirusa görə mövsümü vaxtından əvvəl başa vurdu

Tarix: 20 Mart 2020 05:55

Bakı. Trend:

"Metropolitan Opera" teatrı yeni növ koronavirus pandemiyası səbəbindən cari mövsümünü vaxtından əvvəl tamamladı.

Trend-in məlumatına görə, rəhbərliyinin müvafiq bəyanatı teatrın saytında dərc edilib.

"Biz təəssüflə bildiririk ki, Metropolitan Opera 9 May 2020-ci ildə başa çatmalı 2019-2020 mövsümünün qalan hissəsini koronavirus pandemiyasına görə ləğv edib", - bəyanatda bildirilir.

"Metropolitan Opera"nın baş direktoru Piter Helb deyib: "İstər tamaşaçılar, istərsə də teatr rəhbərliyi üçün çətin olan bu qərarın qəbul edilməsi görünməmiş böhran fonunda qaçılmaz idi". Qeyd edilir ki, teatrın gözlənilməz xərcləri təxminən $60 milyon dollar təşkil edib. Artıq "Metropolitan Opera" rəhbərliyi artistlərə, orkestrin musiqiçilərinə və səhnə işçilərinə əməkhaqqının ödənilməsini dayandırıb.

"Metropolitan Opera" 1880-ci ildə Nyu-Yorkda yaradılıb və 22 oktyabr 1883-cü ildə Şarl Qunonun "Faust" operası ilə açılışını edib. Hazırda o, repertuarlarının əsaslarını klassik əsərlərdən təşkil etdiyi dünyanın ən nüfuzlu opera teatrlarından biri hesab olunur.


Etiketlər:  Metropolitan Opera koronavirusa görə mövsümü vaxtından əvvəl başa vurdu


RƏYLƏR