Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Tarix: 27 May 2019 21:06

Bakı. Trend:

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə təbrik edirəm. İcazə verin, Sizə ölkənizin və xalqınızın rifahı və firavanlığı üçün ən xoş arzularımı çatdırım.

Zati-alinizin səyahət və turizm sahəsinə şəxsi dəstəyi ölkənizin turizmə davamlı sosial-iqtisadi inkişaf vasitəsi və Azərbaycanın dünya turizmində güclü bir brend kimi formalaşmasına verdiyi önəmi xüsusi vurğulayıram.

Dünya Turizm Təşkilatının Sizin fəaliyyətinizə daimi dəstəyinə əmin ola bilərsiniz. İnanıram ki, gələcək illərdə Azərbaycan və Dünya Turizm Təşkilatı arasında mövcud olan mükəmməl əlaqələr daha da inkişaf edəcək və genişlənəcək. İyunun 16-18-də Bakıda keçiriləcək Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında iştirakınızla bizə şərəf verməyinizi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Zati-alinizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş Katibi Asəf Hacıyevdən:

"Möhtərəm cənab Prezident. Sizi ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram.

Xalq Cümhuriyyətinin varisi olan Azərbaycanın tarixində 1993-cü ildən yeni dövr başlandı. Azərbaycan parçalanma təhlükəsi ilə qarşılaşan zaman xalqımız Heydər Əliyevi yeganə xilaskar görərək ona müraciət etdi. Ulu öndər Heydər Əliyevin Bakıya qayıtması, Azərbaycana rəhbərlik etməsi ölkəni xilas etdi, insanların həyatına inam gətirdi. Böyük layihələr həyata keçirildi, “Əsrin kontraktı” imzalandı və Azərbaycan dünyanın siyasi xəritəsində özünə layiq yer tutdu.

Sizin rəhbərliyinizlə ölkəmiz bu gün uğurla inkişaf edir. Müəllifi olduğunuz, qlobal əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirildi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı oldu. Bu gün Azərbaycanda enerji sektoru ilə bərabər qeyri-neft və qaz sahələri də inkişaf edir. Ölkəmiz kosmik dövlətlər sırasına daxil olaraq böyük qələbələr qazanıb.

Möhtərəm cənab Prezident, Sizin, xalqa arxalanaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar və cansağlığı arzulayıram.

Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir".

XXX

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

Təbrikdə deyilir: "Zati-aliləri. İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə öz təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım".

XXX

Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İcazə verin, milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırım. Ölkənizə və xalqınıza səmimi qəlbdən davamlı rifah, inkişaf və müvəffəqiyyətlər arzulayıram.

Ümidvaram ki, Azərbaycan ilə Litva arasında həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində mövcud olan dialoq genişlənəcək, həmçinin hərtərəfli əməkdaşlığın yaratdığı imkanlar xalqlarımız arasında biznes, ticarət, elm, təhsil, innovasiya, mədəniyyət və turizm sahələrində qarşılıqlı fəaliyyətin daha da inkişafına, dövlətlərimizin əməkdaşlığının möhkənlənməsinə kömək edəcək.

İcazə verin, Sizi milli bayramınız münasibətilə bir daha təbrik edim.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan:

"Möhtərəm cənab Prezident. Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə ən xoş arzularımı və səmimi təbriklərimi qəbul edin.

Yüz bir il bundan əvvəl yaradılmış Azərbaycan dövləti müasir Azərbaycanın bütün dünyada demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Danılmaz tarixi faktdır ki, Azərbaycan ən ali demokratik dəyərləri hələ bir əsr əvvəl nəinki bəyan etmiş, həm də öz əməli fəaliyyətində onları təmin etmiş ölkələrdən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti ilk parlament respublikası kimi bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan ilk demokratik dünyəvi dövlət modeli olub. Bugünkü müstəqil Azərbaycan məhz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.

Bu gün dünyada həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı bir vaxtda Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik, firavanlıq və tolerantlıq adasıdır. Hətta ölkə ərazisinin 20 faizinin təcavüzkar Ermənistan dövləti tərəfindən işğal edilməsi də Azərbaycanın və onun xeyirxah xalqının əsl sivilizasiyalararası dialoq nümunəsi kimi, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi qalmasına mane olmayıb.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanın və şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına dünyada analoqu olmayan diqqətli və səmimi münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sədaqətinizə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara xoş münasibətinizə görə həm İsrail cəmiyyətinin, həm də başqa dövlətlərdəki yəhudi icmalarının böyük hörmətini qazanmısınız.

Hörmətli cənab Prezident, Sizə və Sizin gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".

XXX

Macarıstanın Prezidenti Yanoş Ader Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli cənab Prezident.

İcazə verin, Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi və ən xoş arzularımı bildirim.

Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, son illərdə ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan bizim üçün mühüm tərəfdaşdır və biz Sizin ölkə ilə ümumi tarixi və mədəni əlaqələri bölüşürük.

Macarıstanın ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsinə sadiq qaldığını bir daha təsdiq edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və cansağlığı arzulayır, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

XXX

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə yeni nailiyyətlərə əsaslanaraq inamla irəliləyir, sabitliyi möhkəmlədir, xalqın rifahını yüksəldir. Respublikanın beynəlxalq və regional arenalarda nüfuzu durmadan artır.

Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə “Odlar Yurdu” arasında çoxəsrlik tarixi əlaqələr, dövlətinizin zəngin mədəni irsi, coğrafi mövqeyi və böyük nəqliyyat-tranzit potensialı onu Şanxay Əməkdaşlıq Təşkilatının təbii tərəfdaşına çevirir.

Əminəm ki, bizim təşkilatın fəaliyyətində Bakının fəal iştirakı sülhü və təhlükəsizliyi möhkəmlətməyə, müasir çağırışlara və təhdidlərə qarşı mübarizəni dərinləşdirməyə, qarşılıqlı iqtisadi və humanitar əlaqələri genişləndirməyə imkan verəcək.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və tərəqqi arzularımı bildirim".

XXX

İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə xoşbəxtlik və uğurlar, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

XXX

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Banqladeş ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, münasibətlərimiz xalqlarımızın istəklərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

XXX

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından ən xoş arzularımı bildirirəm.

Azərbaycan və Almaniya 27 illik dinamik və etibarlı diplomatik əlaqələrə malikdirlər. Bu il biz Bakıdakı Alman Dili Tədris Mərkəzinin 10 illik yubileyini qeyd edirik. Mən çox şadam ki, alman dilinin tədrisinə və alman mədəniyyətinə Azərbaycanda belə yüksək münasibət bəslənilir. 2018-ci ildə açılmış Höte Mərkəzi mədəniyyət sahəsində əməkdaşlığımızı daha da gücləndirdi. Almaniya, həmçinin siyasi dialoqu da davam etdirməyə daim hazırdır.

Mən Sizə xoş diləklərimi çatdırır və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ