Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur pəhrizin “yan təsirlər”i üzə çıxdı

Məşhur pəhrizin “yan təsirlər”i üzə çıxdı

Tarix: 21 Mart 2020 13:06

Ketogen pəhriz soyuqdəyməyə bənzər simptomlar yarada bilər.

Bu barədə "Frontiers in Nutrition" jurnalında yerləşdirilmiş tədqiqatda deyilir.

Pəhriz zamanı minimal miqdarda karbohidrat, çoxlu yağ və orta səviyyədə zülallardan istifadə olunur. Bu cür qidalanma təxminən 100 il əvvəl məşhurlaşmışdı. O zaman bu pəhriz epilepsiyanın müalicəsi üçün təklif edilirdi.

Daha sonra isə o, arıqlamaq istəyənlər arasında məşhurlaşdı, halbuki, aparılan tədqiqatlar onun effektivliyini təsdiqləməyib.

Alimlər ketogen pəhrizin soyuqdəymə əlamətlərini yarada biləcəyini müəyyən ediblər. Belə simptomlar çox vaxt keto-pəhrizin ilk həftəsində müşahidə olunur və təxminən bir ay sürür. Bu fenomen "keto qripi" adlandırılıb.

Tədqiqatlar nəticəsində, ketogen pəhriz zamanı "baş ağrısı", "zəiflik", "ürəkbulanma", "beyinin dumanlanması", "mədə-bağırsaq diskomfortu" daxil olmaqla 54 simptom müəyyən edilib.

Alimlər bu cür "yan təsirlər"in yaranma səbəbini hələ izah edə bilmirlər. Ola bilsin ki, rasionun dəyişməsinin təsiri altında insan bağırsaqlarında yaşayan mikroorqanizmlər dəyişirlər və bu da xoşagəlməz nəticələr verir.


Etiketlər:  Məşhur pəhrizin təsirləri üzə çıxdı


RƏYLƏR