Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın futbolçusu "Real"la bağlı rəmzi komandada

Tarix: 22 Mart 2020 11:50

İspaniya mətbuatı "Real"la yolları kəsişməsinə baxmayaraq, əsas komandada debüt edə bilməyən keyfiyyətli futbolçuların rəmzi komandası açıqlanıb.

Qol.az xəbər verir ki, siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da yer alıb. Onun 2003-2004-cü illərdə icarə əsasında çıxış etdiyi "Real"ın ikinci komandasında inkişaf etdiyi vurğulanıb. İspan oyunçunun daha sonra "Saraqosa", "Osasuna", Kordoba", "Luqo"da oynadığı bildirilib. 29 yaşlı futbolçunun hazırda "Qarabağ"ın formasını geyindiyi vurğulanıb.

Qeyd edək ki, X.Romero ötən ilin yayından Ağdam klubunda çıxış edir.

 


Etiketlər:  Qarabağın futbolçusu Realla bağlı rəmzi komandada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ