Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 08:16
2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28,76 faiz artaraq 15,468 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Fevral ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin fevralı ilə müqayisədə 20,05 faiz artıb və 9,241 milyon dollara bərabər olub.
Yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 1,178 milyon dollar təşkil edib. Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4 faizə bərabər olub.
Son 12 ay ərzində (fevral 2019-fevral 2019) Türkiyə 6,839 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.