Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 15:18
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətin şəhər ərazisində yerləşən 2 000-dən artıq kooperativ yaşayış binalarında dezinfeksiya işlərin aparılmasının vacibliyi ilə bağlı tövsiyyəsinə uyğun olaraq Səbail rayonunun inzibati ərazisində yerləşən bütün kooperativ binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsini Səbail Rayon İcra Hakimiyyəti öz üzərinə götürür.
Eyni zamanda bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları, müəyyən etdikləri qaydalar mütəmadi olaraq izlənilir və həlli istiqamətində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təxirə salınmaz tədbirlər görülür.