Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda sel nəticəsində 12 nəfər ölüb

İranda sel nəticəsində 12 nəfər ölüb

Tarix: 24 Mart 2020 10:08

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən bir neçə gün ərzində güclü yağış və daşqınlar nəticəsində 12 nəfər ölüb.

Trend-in məlumatına görə, bu İranın Təcili Yardım Təşkilatının məlumatında öz əksini tapıb.

Məlumata görə, bu şəxslər avtomobillərin daşqınlarda qalması, tunel çökməsi nəticəsində həlak olublar.

Məlumatda bildirilir ki, İranın 11 vilayətində - Hörmüzqan, Buşehr, Fars, Sistan və Bəluçestan, Qum, Gilan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Mazandaran, Simnan və Kirman vilayətlərində 21 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.

Hazırda vilayətlərdə seldən zərərçəkənlərə yardımların göstərildiyi bildirilir.


Etiketlər:  İranda nəticəsində nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ