Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 17:18
Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "EmbaFinans" QSC tərəfindən 20 min manat pul vəsaiti köçürülüb.
Məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəyliy nümayiş etdirmək və bu xəstəliklə mübarizəyə töhfə verməkdir.
2012-ci ildə yaradılmış "EmbaFinans" QSC Bank Olmayan Kredit Təşkilatıdır və bütün ölkə ərazisində müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.