Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elektron ticarət nəhəngi 2 milyon maska bağışladı

Elektron ticarət nəhəngi 2 milyon maska bağışladı

Tarix: 24 Mart 2020 22:48

Çinli milyarder və Alibaba.com-un yaradıcılarından biri Cek Ma Avropaya 2 milyon maska bağışlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2 milyon maskanın ilk 500 minini daşıyan təyyarə bir neçə gün öncə Belçikanın Liege hava limanına enib.

Maska ilə yanaşı, koronovirus testləri və digər tibbi ləvazimatların da olduğu yük Belçikadan İtaliyaya göndəriləcək.

Yardımın qalanı hissəsinin ən qısa zamanda Liege hava limanına çatdırılacağı bildirilib.

Qeyd edək ki, C.Ma koronavirusla mübarizə üçün bütün ölkələri əməkdaşlıq şəraitində çalışmağa çağırıb.

Milli.Az


Etiketlər:  Elektron ticarət nəhəngi 2 milyon maska bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ