Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 19:04
"Arsenal"ın futbolçusu Sokratis Papastatopulos Avropa Liqasının finalında sabah Bakıda "Çelsi" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?
- Bəli. Hesab edirəm ki, sabah bütün yunan xalqı “Arsenal”ı və bizi dəstəkləyəcək.
- Sabah Loran Koselni “Arsenal”da sonuncu matçına çıxa bilər. Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdır?
- Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdır. Ondan sonra digər məsələlər barədə düşünmək olar.
- Mxitaryanın sabah meydanda olmaması sizin üçün nə deməkdir?
- Mxitaryanla 5-6 il birlikdə oynamışam. Onunla yaxşı dostuq. Düşünürəm ki, sabah onun və zədəli oyunçular üçün qələbə qazanmalıyıq.
- Sabah dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri Eden Hazardla üz-üzə gələcəksiniz. Buna necə hazırlaşmısınız?
- Bir adama qarşı deyil, əla komandaya qarşı oynayacağıq. Əsas məsələ komanda halında qələbə qazanmaqdır.