Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 22:15
Qaraciyər də parazitlərin məskunlaşıb özünə yuva qurub çoxala biləcəyi bir orqandır. Daim qan axınına məruz qalır, müdafiə mexanizmi yoxdur, qida maddələri və qanla bura parazitlər gəlib çıxır.
Sonxeber.net medicina.az-a istinadən qaraciyərdə rast gəlinən, tapılan və bir sıra problemlər yaradan 5 qurdu təqdim edir.
Qaraciyərdə qurd olduğunun əlamətləri:
- Dəridə, qarın, kürək, qollarda çoxlu səpkilər, ləkələr, çillər, qaşınma
- İştahsızlıq və arıqlama
- Dırnaqların laylanıb qopması
- Saçların yuvalı keçəlləşməsi
- Xroniki yorğunluq, halsızlıq
- Sağ qabırğaaltında gecə-gündüz küt sancı, ağrı
- Ağızdan pis qoxu
- Həzmin pozulması
Qurdlar:
1. Exinokokk
İnsana daha çox ev heyvanları, küçə heyvanları, mal-qara, itlərdən keçir. Bu heyvanların ağız suyu, nəcis və sidiyi ilə kirlənmiş su və qidanın qəbulu ilə qurd yumurtaları orqanizmə düşür. 70% hallarda exinokokk məhz qaraciyərdə olur. Qurd sürvələri orda xüsusi kapsul, kisə yaradır, bu evdə topa halda yaşayıb çoxalırlar. Getdikcə bu topalar böyüyür, kist kimi Uzi müayinəsində görülür. Bəzən bu yuvalar top boyda olur. Yeganə müalicə yolu əməliyyatla xaric edilməsidir
2. Askarid qurdları
Çox yayılan qurddur. Orqanizmdə allergik reaksiyalar yaradıb, müxtəlif orqan və toxumalarda eozinofol infiltrasiyasını çoxaldır.
Nazik bağırsaqda böyüyən qurdlar sərbəst axınla qaraciyərə keçir, orda topa şəklində yığılır. Tromboz, abses, sarılıq əlamətləri verir.
3. Şistosomatoz
Dəri vasitəsilə, yara, çapıq və eroziyalardan sıyrılıb orqanizmə düşür. Qaraciyərə qan dövranı ilə düşür, ətrafında iltihabi bir kapsul yaradır, qaraciyər toxumasında fibroza səbəb olur, hətta sirroza kimi gətirib çıxara bilər.
4. Lyamblya
Çirkli əllər, çirkli və qida ilə düşür. Ciddi təhlükəli parazit deyil. Qaraciyərdə kistə çevrilmir. Daha çox öd yollarında rast gəlinir. Amma getdikcə qaraciyərdə iltihabi prosesə səbəb ola bilər.
5. Klonorxoz
Çay və göllərdə olur. İnsan orqanizmində 20 il yaşayır. Balıq yedikdə bədənə keçir. Öd yolları ilə qaraciyərə keçir. Qaraciyərdə yeni törəmə kimi görünür. Xolesistit, pankreatit, xolesistit kimi xəstəliklərə səbəb olur.
Necə diaqnoz olmalı?
Əslində diri parazitlərin mövcudluğunu aşkarlamaq çətindir, çünki mikroorqanizmlərin aktivlik dövrünü tutmaq lazımdır.
Qan analizində parazitlərin izlərini axtarırlar, amma bu da həmişə dəqiq olmur.
Digər metod parazitin DNT-ni tapmaqdır.
Seroloji reaksiya analizi - parazitin antitelini tapır.
İmmunferment metodu
Eləcə də rentgen, USM, endoskopik analizlər təyin edilir.